Şrift:
Fərəc Quliyev Ermənistanın şirin su təhdidinə qarşı Parlamentdə təklif verdi-audio-
03.05.2014 [11:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin dünənki iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana şirin su ilə bağlı təhdid edən bəyanatına beynəlxalq səviyyədə cavab verilməsini tələb edib. Belə ki, S.Sarkisyanın Göyçə gölünün suyunun Azərbaycana verilməməsi ilə bağlı bəyanat verib. Bu bəyanatın Azərbayacana qarşı şirin su ilə bağlı bir təhdid olduğunu deyən millət vəkili təklif edib ki, Ermənistanın Azərbaycana şirin su məsələsində problem yaratdığı beynəlxalq səviyyədə qaldırılsın. O, həm də, Ermənistanının dağ rayonlarımızı işğal edərək dağ çaylarını və meşələri dağitmasını da beynəlxalq ictimaiətin diqqətinə çatdırılmaq üçün müraciətin hazırlanmasını təklif edib. Fərəc Quliyev bildirib ki, bütün bunların fonunda Ermənistanla enerji mənbələrinin mühavizəsi istiqamətində hansısa əməkdaşlıqdan söhbət gedə bilməz.
Qeyd edək ki, millət vəkilinin bu çıxışını MM-in vitse-spiqeri Ziyafət Əsgərovun yarıda kəsmək istəməsi Fərəc Quliyevin ciddi etirazına səbəb olmuşdu.
Həmin çıxışın audio yazısını təqdim edirik:

]

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed