Şrift:
ABŞ Səfirliyi: Amerika höküməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır
03.05.2014 [10:01] - Xəbərlər, Sosial
Amerika höküməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.
Səfirliyin məlumatında qeyd olunub ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.
Səfirlik rəsmi Bakının amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsinə dair bəyanatına münasibət bildirərkən qeyd edib: "ABŞ höküməti Xarici İşlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi fikirlər ilə razı deyil".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Azərbaycan amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra bilər.
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed