Şrift:
Səfirlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan işlərə sadiq qalır
03.05.2014 [11:13] - Gündəm, Siyasət
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xarici işlər nazirinin müavini Araz Əzimovun ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət açıqlanarkən bildirilib.

Səfirlikdən ABŞ hökumətinin A. Əzimovun fikirləri ilə razılaşmadığı qeyd olunub.

ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır.

Qeyd edək ki, A. Əzimov APA-ya müsahibəsində Azərbaycan hökumətinin C. Uorlikin fəaliyyətindən narazılığını dilə gətirmiş, rəsmi Bakının onun həmsədrlikdən geri çağırılması məsələsini qaldıra biləcəyini vurğulamışdı.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed