Şrift:
MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda tarixi formatda Gənclər Festivalı keçirilib
03.05.2014 [12:09] - Xəbərlər, Mədəniyyət
MDB məkanında ilk dəfə olaraq, Azərbaycanın Şəki şəhərindəki "Xan sarayı"nda
tarixi rekonstruksiya formatında təşkil edilmiş "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə cıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır. Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edib.
Festivalın ilk hisssində tamaşaçılar o dövrə xas olan mədəniyyət, məişət və ənənələrlə tanış olub, orta əsr dövrünün eksponatları, dulusçuluq, papaqçılıq, təkəlduz, şəbəkə, dəmirçi və digər qədim sənətləri seyr etmək imkanı əldə etdilər. Festivalın ikinci hissəsində Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılıb.

Festivalın 200 nəfərə yaxın iştirakçısı olub. Layihənin ideya müəllifi gənclər və idman nazirliyinin əməkdaşı Günay Rəhimova, rejissoru Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımov, rəssam Elşən Sərxanoğlu olub.
Layihədə Gənc Tamaşaçılar, Şəki Dram Teatrının aktyorları, gənclər və idman nazirliyinin nəzdində yerləşən atçılıq məktəbinin mütəxəssisləri və s iştirak edib.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed