03.05.2014 [12:27] - Gündəm, Sosial
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son bir ayda bu ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4 206 nəfər əlilliliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.
Qeyd edək ki, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanması digər kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Bu sərəncama əsasən, bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinin də qısa müddətdə avtomobillə tam təmin olunması həyata keçiriləcək.
Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi proseslərinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə müşayiət olunduğunu vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |