Şrift:
Rusiya Azərbaycan ərazisində yeni RLS tikəcək
12.12.2011 [15:08] - Xəbərlər
Vladimir Savçenko: “Yeni stansiya Azərbaycanın deyil, Rusiyanın mülkiyyəti olacaq”

Rusiya Qəbələ ərazisində “Voronej-VP” yeni radiolokasiya stansiyasının tikintisini 2019-cu ildə başa çatdırmağı planlaşdırır. Bu stansiya hazırda Qəbələ ərazisində fəaliyyət göstərən “Daryal” tipli RLS-i əvəz edəcək. “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, bu barədə “Akademik Minç adına Radiotexnika İnstitutu” Açıq Səhmdar Cəmiyyətin baş direktoru Vladimir Savçenko bildirib.
“Söhbət metrlik diapazona malik zavodda yığılmış yüksək potensiallı stansiyadan gedir. Stansiyanın quraşdırılması 2017-2019-cu illərə planlaşdırılsa da, hər şey hörmətli qonşularımızın iradəsindən asılıdır. Yekun razılaşmalar siyasi səviyyədə möhkəmləndiriləcək”.
Savçenko bildirib ki, “Daryal” stansiyasının sökülməsindən söhbət getmir, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir: “Yeni quraşdırılacaq stansiya Rusiyanın mülkiyyəti olacaq, bir daha xatırladıram bu, modul tipli stansiya olacaq. Yəni bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür”.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed