04.05.2014 [10:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Yaşananları yalnız bir qurumun zəif fəaliyyəti ilə əlaqələndirmək də düz deyil"
"Mən bunu daha çox Azərbaycanın yerləşdiyi coğrafi məkanla əlaqələndirirəm"
Azərbaycanda dini tolerantlıq mühitinin olmasından istifadə edən bəzi dini sektalar özlərinə ölkəmizdə əməlli-başlı şəbəkə qurub. Görülən ciddi tədbirlərdən sonra məlum olur ki, bu şəbəkələr dövlətin ən üst qatına qədər gedib çıxa bilib. Nurçuluq, vəhhabilik özləri üçün Azərbaycanın ağuşunda ən rahat yeri tapmış olub.
Tarixə varanda məlum olur ki, "nurçu"luq ideologiyası Azərbaycanda Elçibəy hakimiyyəti dövründən geniş yayılmağa başlayıb. İndi isə bu cərəyan nəzərəçarpacaq dərəcədə möhkəm oturuşub. Nurçular Azərbaycanın dövlət aparatına təsir ediblər, indi də təsir edə bilirlər. Bu nurçular, nə qədər qorxunc səslənsə də Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş ta polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunurlar. Nurçuların Azərbaycanda öz universitetləri, liseylər şəbəkəsi, ticarət obyektləri var. Yəni onların mövqeyi çox güclüdür. Nurçular arasında dəmir intizam var. Onların hamısı öz imamları Fətullah Gülənə tabedir. Nurçu sektası öz adamlarını hələ məktəb partasından etibarən yetişdirir və pillə-pillə qaldırır. Onlara tərbiyə və təhsil verir, təhsil haqqını ödəyir, sonradan işlə təmin edir. Gənc "nurçu"lar çox savadlı və yaxşı təhsilli olurlar. Ona görə də onların dövlət aparatında iş tapması elə də problem deyil. Doğrudur, bu gənclər camaata mənsub olduqlarını səylə gizlədirlər. Ərdoğan düz deyir, nurçular sektası dövlət içində dövlətdir. Sektanın rəhbərliyi yuxarı pilləyə çatan nurçunu heç vaxt unutmur.
Ölkədə vəhhabi təhlükəsi də realdır. Bu cərəyanın təsirinə düşən çoxlu sayda gəncimiz isə cihad adı ilə Suriyaya göndərilir. Artıq 10-larla gəncimiz həmin döyüşlərdə öldürülüb. Bütün bu yaşananları Dini Komitənin zəif fəaliyyəti ilə əlaqələndirmək olarmı?
Millət vəkili Fərəc Quliyev qəzetimizə bildirdi ki, bu problemlərdən yaxa qurtarmaq üçün bütün cəmiyyətin üzərinə ağır yük düşür: "Bu sahədə axsaqlıqlar var. Yaşananları yalnız bir qurumun fəaliyyəti ilə əlaqələndirmək də düz deyil. Mən bunu daha çox Azərbaycanın yerləşdiyi coğrafi məkanla əlaqələndirirəm. Burada bir sıra sivilizasiyaların, dinlərin və bir sıra böyük dövlətlərin marağı toqquşur. Hər bir dini cərəyanın da arxasında böyük gücə sahib olan dövlətlərin marağı durur. Təbii ki, bu istiqamətdə bizim daha səmərəli və gərgin işləməmiz lazımdır. Bu istər Dini Komitəyə, istərsə də digər rəsmi və ya qeyri-rəsmi qurumlara aiddir. Gücü, inzibati tədbirlər, ictimai tənbeh və marifləndirməyə qoymaq lazımdır. Birinci istiqamət üzrə dövlətin güc strukturları lazım olan tədbirləri görür. Son zamanlar ərzində həyata keçirilən əməliyyatları buna misal göstərə bilərik. Maarifləndirmə istiqamətində isə ən ağır yük KİV-lərin, xüsusilə də televiziyanın üzərinə düşür. Yaxşı olar ki, bayağı, ucuz şou verilişlərinin əvəzinə dini maarifləndirici proqramlar versinlər. Mən parlamentdə də təklif etmişəm ki, orta məktəblərin yuxarı siniflərində,ali məktəblərdə dini dərslər tədris olunsun,təriqətlər tanıdılsın. Belə olsa, bizim gənclərimiz gedib Suriyada öldürülməz. Acınacaqlı haldır, çünki gedən bizim kisədəndir".

Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |