Şrift:
Nyu-Yorkda İranla altılıq ölkələri arasında növbəti ekspert müzakirələri keçirilir
05.05.2014 [11:55] - Siyasət
Bu gün Nyu-Yorkda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri işə başlayıb.

Tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq və yekun razılaşmanın əldə olunması məqsədilə yerdə qalan məsələlərin həlli naminə keçirilir.

Bir həftə davam etdiriləcək danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edir.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin hazırlanması məqsədilə mayın 13-16-da Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed