06.05.2014 [14:07] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Soraq kitabçalarını axtarmayın. "Muzey" sözünə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayevə də zəng etməyin; pespublikamızda hələ belə muzey yoxdur.Bəlkə də nə vaxtsa belə bir mədəniyyət qurumunun yaradılmasına cəhd olunub.Bilinən fakt budur ki, Azərbaycanda hələ də Mətbuat Muzeyi yoxdur.Onun yaradılmasının vacibliyi yaxın günlərdə Milli Məslisdə müzakirəyə çıxarılmalıdır.Mətbuat muzeyi yaradılması ideyasını işin içində olan tədqiqatçı, filoloq-türkoloq kimi mən də alqışlayıram.Muzey yaradılanda onun hansı nazirliyə tabe olacağı da hələ bilinmir. Hər halda onun geniş səlahiyyətli müstəqil qurum kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur.
Bu gün Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğul olanları, bəlkə də, on barmağımızla saya bilərik. Mətbuat tariximizə aid onlarla kitab, yüzlərlə məqalə yazılıb.Əksəriyyətində iş özfəaliyyətdən o yana getməyib. Köçürmələr adi hal alıb. Kim özündən razı halda bu fikrə etiraz etmək fikrinə düşsə, bilsin , mən ondan danışmıram.Mən o tədqiqatçılardan danışıram ki, ərəb qrafikalı yazımızı oxuya bilmədiyi halda, "Əkinçi"dən, "Ziya"dan, "Ziyayi-Qafqasiyyə"dən, "Kəşkül" jurnalından (31.01.1883) və "Kəşkül" qəzetindən (1884-1891) danışır, sitat gətirir, fikirləri incələyir, çözələyir, qısası, yaxşı tədqiqatçı təəssüratı yaratmaq istəyir. Neçə illərdir ki, orta məktəb dərsliklərində "Kəşkül" qəzetinin nəşr tarixi 1880-ci il kimi göstərilir. Neçə illərdir ki,1911-1912- ci illərdə Bakıda nəşr olunan qadınlara aid olan mətbu orqan şagirdlərə "İşıq" jurnalı kimi təqdim olunur. Halbuki "İşığ"ın üz qabığında onun həftəlik qəzet (mötərizədə rusca "еженедельная газета"- N.N.) olduğu iki növ yazı ilə aydın göstərilir.
Bu gün jurnalistlərin əksəriyyəti, demək olar ki, hər ilin iyul ayının 22-ni həsrətlə güzləyir: axı ortalıqda mükafat və təltif məsələsi var. Gəlin "Azərbaycan" nəşriyyatındakı redaksiyaların bir neçəsində zarafatyana kiçık bir sorğu aparaq.( Bu tədbiri "Jurnalistlərin attestasiyasına hazırlıq" da adlandıra bilərsiniz).Görək neçə nəfər milli mətbuatımızın tarixinə aid 5-6 suala - elementar suala cavab verə bilər?
Suallar
1."Əkinçi" qəzetinin redaktoru özünü oxuculara hansı adla tanıdırdı?
2."Ziya","Ziyayi - Qafqasiyyə" qəzetləri Tiflisdə hansı dildə nəşr olunurdu?
3."Ziya" qəzetinin sahibi - imtiyazı Səid Əfəndi Ünsizadənin dərsliklərinin adı nədir?
4."Kəşkül"ün redaktoru Cəlal Ünsizadəninilk dərsliyi hansı fənnə aid idi?
5."Bürhani-tərəqqi" qəzeti Həştərxanda hansı dildə nəşr olunurdu? Bu qəzetin redaktoru,imtiyaz sahibi kim idi?
Çətin məsələdir. Çətinlik ondadır ki, bu nəşrləri oxumaq,onları vərəqləmək hər adama nəsib olmur. Bu mətbu orqanların tam cəmləşdiyi qurum yoxdur.Yaxşı ki, ""Əkinçi"ni də, "Füyuzat"ı da bugünkü əlifbaya transliterasiya ediblər. 70-ci illərdə mən onları höccələyə-höccələyə köhnə əlifbadan oxumuşam. İndi həmin qəzetlərdən elmi iş yazmağa nə var ki...
Bu yaxınlarda xəbər verdilər ki, "Ziya" qəzetinin materialları müasir əlifbaya çevrilir. Xəbər səlahiyyətli şəxs tərəfindən, özü də səlahiyyətli qurumun nümayəndəsi tərəfindən mötəbər bir yığıncaqdan səsləndirilirdi. Neçə aydır ki, şəhərimizin sayı o qədər də çox olmayan kitab mağazalarını ələk-fələk edirəm. Yoxdur, olsa da nə vaxt olacaq , bilinmir.
İnterneti döyəcləyirəm. "Ziya"nın transliterasiya olunmuş bir neçə materialına rast gəlirəm. M.Ə.Sabirin "Oylə bir tərcümə kim,..." taziyanəsi yadıma düşür. Bu şeiri M.Ə.Sabir ölümündən 3 ay əvvəl - "Molla Nəsrəddin" jurnalının 9 mart 1911-ci il tarixli 10-cu nömrəsində çap etdirmişdir.Görkəmli şair, tərcüməçi Haşım bəy Vəzirov Şekspirin "Otello" dramını Azərbaycan dilinə pis tərcümə edibmiş.Taziyanə bu münasibətlə yazılmışdır:
" Oylə bir tərcümə ki, ruhi - Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
"Ax mütərcim" deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə."
(M.Ə.Sabir.Hophopnamə. Bakı,1960, səh.279).
Əlbəttə,bu tərzdə kəskin danışmaq M.Ə.Sabirə heç də başucalığı gətirmirdi. M.Ə.Sabir ədəbiyyatımızda özünə layiqli yer tutan H.Vəzirova bu sətirləri yazmaqla onunla , bəlkə də, haqq -hesab çürüdürdü. Hər halda M.Ə.Sabir yaxşı işin, burada yaxşı tərcümənin tərəfdarı kimi çıxış edirdi.
Göründüyü kimi, ədəbiyyarın bir sıra məsələlərini dəqiqləşdirməkdə mətbuatın özünəməxsus işıqlandırıcı, aydınlaşdırıcı rolu vardır. Azərbaycan ədəbiyyatının 1875-ci ildən üzü bəri bəzi məsələləri müəyyən dərəcədə mətbuatla ilgilidir.Biz M.Ə..Sabirin bəzi əsərlərini"Bürhani-tərəqqi"də axtara bilərik. İstanbulda nəşr olunan "Tənin" qəzeti M.Hadinin ədəbi irsini öyrənməkdə bizə yardımçı ola bilər. İstanbulda fars dilində nəşr olunan, redaktoru azərbaycanllı olan "Əxtər" qəzeti XIX əsrin70-80-ci illərində əlifba məsələsində M.F.Axundzadənin beynəlxalq səviyyəli çalışmalarından sonra yenidən başlayan əlifba mübahisələrin aydınlaşdırılmasında bizə indiyədək məlum olmayan,ağlımıza gəlməyən məsələləri meydana çıxara bilər.
S.Ə.Şirvaninin ədəbi, elmi və pedaqoji yaradıcılığınının müəyyən dövrünü öyrənməkdə mətbuat tədqiqtçılara maraqlı faktlar verə bilər. Bu məsələ ədəbiyyatımızın elmi araşdırıması yolunda bir çox məsələləri aydınlaşdıra bilər.
Mənə elə gəlir ki, yaradılacaq mətbuat muzeyi sərgi və sərgiçilikdən daha çox elmi mərkəz olmalıdır.Buraya elmi tədqiqat işləri aparmaqdan ötrü dünyanın hər yerindən tədqiqatçıların axışacağı gözləniləndir.
Bir neçə ilin söhbətidir.ABŞ-dan Bakıya pedaqoji irsimizi öyrənməyə türk dilini yaxşı bilən bir amerikalı tədqiqatçı qız gəlmişdi. Arxivdə və Milli Kitabxanamızda olan bütün nəşrlərdən xəbərdar olmaq niyyətində idi. Xüsusi bir maraqla tədqiqat aparırdı.Onun elmi işinin ilə nəticələndiyindən xəbərim yoxdur. Bircə onu deyə bilərəm ki, amerikalı qız mətbuatımızı sevə bilmişdi. Bu sevgi , təəssüf ki, bizim tədqiqtçıların çoxunda yoxdur.
Bakı Dövlət Universitetində əski əlifba indi necə tədris olunur, bilmirəm,amma onu bilirəm ki, Qafqaz Universitetinin filologiya fakültəsinin tələbələri ərəb əlifbalı mətbuatımızı xüsusi tapşırıqlarla öyrənirlər: kimi tarixi materialları, kimi ədəbi materialları, kimi də müxbirlərin mövzulara bələdliyini...
Mən bu yaxınlarda Ağməsciddə 1917-1920-ci illərdə nəşr olunan "Millət" qəzetində Y.V.Çəmənzəminlinin 30-dan artıq kölgədə qalan yazısını müxtəlif nəşrlərdə oxucuların diqqətinə çatdırmışam. Təəssüf ki, dost-tanışdan, tələbə və şagirdlərimdən savayı,bu yazılara hələ heç bir elmi idarə və ya elmi əməkdaşlardan rəy söyləyən yoxdur. Və yaxud Həştərxanda 1906-1911-ci illərdə Azərbaycan dilində nəşr olunan "Bürhani -tərəqqi" qəzeti haqqında məqalələrimə bir nəfər elmlər doktorundan başqa, hələ də fikir söyləyən yoxdur. Mənə elə gəlir ki, elmi-tədqiqat institutlarında mətbuatla koordinasiya şuraları yaradılması çox gərəkli görünür.
Bir neçə ay bundan əvvək KİV M.F.Axundzadə haqqında yeni sənədli film çəkildiyini xəbər verirdi. Yazılardan məlum olurdu ki, orada MÜNİR ƏFƏNDİ adlı bir obraz da var. Bu, Azərbaycanla ilgili olan, üç dəfə Türkiyənin maarif naziri vəzifəsində əzəmətli işlər görən ,M.F.Axundzadənin əlifba layihəsinin reallaşdırılmasında maraqlı olan MÜNİF ƏFƏNDİ (MÜNİR ƏFƏNDİ ) ola bilərdi.Təəssüf ki,səsimə səs verən olmadı: nə fərqi var, Münir əfəndi, yoxsa Münif əfəndi?
Dağıstanlı bir dostum var: Kamil Əliyev, kumık dilində çıxam "Yoldaş" jurnalında işləyir. Mən onu mətbuatdan tanıyıram. Natəvan və Usmiyevlər haqqında maraqlı bir yazısı var. Bu yazı Azərbaycan ədəbiyyatı və tarixi üçün maraqlı müqayisələr aparmağa imkan verə bilər. Kamil müəllimin ən maraqlı yazısı isə hal -hazırda Fransada yaşayan Bakıda böyüyən, ali məktəb qurtaran, sonralar Moskvanın elmi-tədqiqat institutlarının birində çalışan kimya elmləri namizədi, yazıçı Gülzar Əhmədova haqqındadır. Gülzar Əhmədovanın atası ADU-nun aspirantura şöbəsinin müdiri olub, 1974-cü ildə Bakıda vəfat edib, burada da dəfn olunub.Bu nəslin Murad Adji ilə, Səməd ağa Ağamalı oğlu ilə qohumluğu var.Bu nəslin ən maraqlı görünən qohumu isə görkəmli alman bəstəkarı Henrix Heynedir. Gülzarın və onun artıq bir neçə il bundan əvvəl dünyadan köçmüş əri yazıçı- Tofiq Əhmədovun əsərlərini ilk növbədə ziyalılar oxumalıdırlar.
Biz bu əsərlərin populyarlığının səbəbini öyrənməliyik.
Yenə də mənə elə gəlir ki, bizim yaşlı tədqiqatçılarımızın kabinetlərindəki kompyuterlər nərd və dama oynamağa xidmət edir. Bizdə hələ internet vasitəsilə informasiya toplamaq bacarığı formalaşmayıb.Bu, çoxunun etiraf etdiyi faktdır.
Ən nəhayət, sözün mustafası. Mətbuat muzeyinin kadr hazırlığı barədə indidən düşünmək lazımdır.
Mətbuat muzeyi kimin adını daşıyacaqdır? Mən bu muzeyə mətbuat tariximizdə şərəfli yer tutan, həm milli mətbəələrimizin formalaşmasında, həm milli mətbuatımızın sürətli inkişafında , milli ədəbi dilimizin zənginləşməsində əvəzsiz xidmətləri olan Səid Ünsizadənin adını səsləndirmək istəyirəm:
Səid Ünsizadə adına Azərbaycan Mətbuat Muzeyi...
Səid Ünsizadənin adı 18 iyun 2001-ci ildə imzalanan
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında şərəfləndirilmişdir.Ümummilli liderimiz Heydər Əliyev cənablarının imzaladığı bu Fərmanda Səid Ünsizadənin maarifçilik fəaliyyəti Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani ,Aleksey Çernyayevski, Rəşid bəy Əfəndiyev, S.M.Qənizadə, Ü.Hacıbəyov və digərlərinin xidmətləri ilə bir cərgədə qiymətləndirilir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili üzrə eksperti.
04.05.2014.
Ədəbiyyat siyahısı
1.Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
18 iyun 2001-ci il tarixli Fərmanı
2.Cavanşir Feyziyev: " Mətbuat Muzeyinin yaradılması Mətbuat Şurasında müzakirə olunacaq", "Modern.az."saytı, 01.05.2014
3.Nazim Nəsrəddinov. Yusif Vəzirovun kölgədə qalan yazıları.
"Strategiya.az saytı, 02.04.2014.
4..Nazim Nəsrəddinov. Mustafa Lütfi İsmayılov(1876-?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan"Bürhani-tərəqqi " qəzeti.
"Strategiya.az" saytı, 10.03.2014
5.Nazim Nəsrəddinov."Tunğuc" məcmuəsi( Tiflis, "Ziya" mətbəəsi,1881)
və ya
açılmayan qapılar, pəncərələr... "Strategiya.az" 23.03.2014.
6. Nazim Nəsrəddinov. 200 illik yubileyi yaddan çıxmış Amerika yazıçısı
"Davam.az" saytı, 02saytı,.05.2014
7.Nazim Nəsrəddinov. Dərsliyə bərabər uşaq redaqoji jurnalı-"Dəbistan( 1906-1908)
"Davam.az"saytı, 20.04.2014

Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |