Şrift:
Elman Rüstəmov: “Hazırda banklarda faizlərin aşağı düşməsi prosesi gedir”
12.12.2011 [15:40] - İqtisadiyyat
Mərkəzi Bank gələn ildən bütövlükdə ölkədə ipotekaya tələbatı ödəmək üçün əlavə resurslar tapmağa çalışacaq. Bunu Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bununla yanaşı, Mərkəzi Bank sosial ipotekanın şərtlərinin yüngülləşdirilməsini diqqət mərkəzində saxlayır. O, bankların ipoteka proqramları çərçivəsində əlavə vəsait cəlb edəcəklərini deyib: “Biz istəyirik, ölkədə fəaliyyət göstərən banklar faiz kreditlərini aşağı salsınlar. Hazırda banklarda faizlərin aşağı düşməsi prosesi gedir. Biz banklarda faizlərin aşağı düşməsi tendensiyanı müşahidə edirik. İstəyirik ki, faizlərin aşağı düşməsi daha əhəmiyyətli şəkildə həyata keçirilsin. Çünki iqtisadiyyatı şaxələndirmək üçün kapital ucuzlaşdırılmalıdır. Kapitalı formalaşdıran əsas maliyyə mənbələrindən biri bank kreditləridir. Bunun üçün biz, əmanət faizlərini aşağı salınmasına nail olmalıyıq”.
Onun sözlərinə görə, digər tərəfdən xərc olaraq, banklarda sosial baxımdan faizlərin yuxarı olması əhəmiyyətlidir. Belə ki, bu proseslər eyniləşdirilməlidir. Əmanətlərin faizlərinin aşağı salınması bir tendensiya kimi müşahiə olunur. Bunun üçün daha aşağı infilyasiya göstəricisinə nail olmaq lazımdır: “Ölkədə makroiqtisadi sabitliyin gücləndirilməsi ölkə başçısının qarşımıza qoyduğu, infilyasiyanı birrəqəmli səviyyədə və daha aşağı səviyyədə saxlanmasının tərkib hissəsidir. Ümumiyyətlə, ölkədə infilyasiyanı aşağı səviyyədə qalması bazar prinsipləri ilə təmin olunur”.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed