07.05.2014 [10:17] - Mədəniyyət
Ali Məhkəmənin sədri Ramiz Rzayevin, həmçinin Rafiq Novruzovun və Könül Əliyevanın hazırladıqları ikicildlik “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” çapdan çıxıb.Lüğətin redaksiya heyətində təcrübəli hüquqşünaslar və dilçi-alimlər təmsil olunublar. “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” əvvəllər çap olunan lüğətlərdən mükəmməlliyinə və əhatə dairəsinin genişliyinə görə fərqlənir.
Əvvəlki iki lüğət (Bakı, “Nurlar”, 2012, 416 səh. və Bakı, “Nurlar”, 2012, 480 səh.) 18 minə qədər söz və terminoloji söz birləşmələrini əhatə edirdisə, bu iki cildlik lüğət müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini əhatə edən 33 mindən artıq söz və söz birləşmələrindən ibarətdir.
Yeni lüğətin üstün cəhətlərindən biri də həmçinin təhsil, iqtisadiyyat, maliyyə, birja, sığorta, xarici ticarət və hərbi termin və anlayışları əhatə etməsidir. Lüğətdə Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı dünya hüquq sistemində istifadə olunan termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və yeni alınma sözlər öz əksini tapıb.
Bu günlərdə “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”nin I cildi oxucuların ixtiyarına verilib.
I cild A-Н hərfləri ilə başlanan söz və söz birləşmələrini əhatə edir. Qeyd edək ki, O-Я hərfləri ilə başlanan söz və söz birləşmələrinin hüquqi izahını özündə birləşdirən “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”nin II cildi isə nəşriyyatdadır və çapa hazırlanır.
“Rusca-azərbaycanca izahlı hüquq lüğəti”nin I cildi elmi və kütləvi üslubun tələblərinə tam cavab verir. Buna görə bu lüğətdən hüquqşünaslar, hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər iqtisadi strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrin müəllim, professor və tələbə heyəti, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da istifadə edə bilərlər.

Bu xəbər oxucular tərəfindən 1238 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |