07.05.2014 [11:05] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Belə hallar ictimaiyyət tərəfindən qınanılmalı, hüquq-mühafizə orqanlarına dəstək verilməlidir"
Məmməd Əlizadə: "Leyla Yunus ermənilərin və Azərbaycanı istəməyən bəzi digər xarici dairələrin istəklərinin buradakı icraçısı olub "
Öz çıxışları və əməlləri ilə hər dəfə Azərbaycan əleyhinə danışan, onun milli maraqlarına zidd hərəkət edən Leyla Yunus etiraf edir ki, aprelin 28-də saxlanması zamanı bilərəkdən şou düzəldib. O qeyd edir ki, həmin vaxt onları faktiki olaraq Fransanın Azərbaycandakı səfiri və ABŞ səfirliyinin ikinci şəxsinin iştirakı ilə saxlayıblar : "Bununla da qalmaqal geniş kütləyə yayılıb ki, bizim də istəyimiz elə bu idi. Prokurorluqda növbəti dəfə dindirildikdən sonra sakit həbs məni qane etmirdi". Bu, bir daha onu təsdiqləyir ki, özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus saxlanılması hadisəsini şouya çevirib və bununla da Azərbaycana növbəti dəfə zərbə vurmaq istəyib. Politoloq Məmməd Əlizadə düşünür ki, L. Yunus bu şou xarakterli əməlləri ilə yenə də Azərbaycanın imicinə xələl gətirmək niyyətində olub. Amma yaxşı ki, onun bu çirkin niyyəti də baş tutmayıb: "Leyla Yunusun bütün fəaliyyəti kimi, aeroportda saxlanılaraq geri qaytarılması və evində yoxlama aparılması zamanı atdığı addımlar da şübhəsiz ki, Azərbaycanın imicinə zərbə vurmaq xarakteri daşıyır. O, birinci dəfə deyil ki, belə hərəkətlərə yol verir. Mətbuatda da onun başqa ölkələrə satqınlıq mövqeyində dayanması barədə mütəmadi olaraq məlumatlar yer alıb. Bu kimi insanların həmin hərəkətləri isə həmişə milli ruhda olan vətənsevərləri narahat edib. Onun atdığı bu addımlar təbii ki, düşünülmüş, müəyyən mərkəzdən planlaşdırılan oyun idi. Təsadüfi deyil ki, polisə qarşı onun atdığı addımların özü də şou yaratmağa hesablanmışdı. Polislərin ona əl atması ilə Yunuslar ailəsi dünyada Azərbaycan polisi barədə mənfi rəy yaratmağa çalışacaqdı. Lakin polislər özlərini təmkinli apardılar. Leyla Yunusun polisin başından papağı götürüb yerə tullaması, mənəviyyatsızlığa yol verməsi, təbii ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə cəhd kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, o, ermənilərin və Azərbaycanı istəməyən bəzi digər xarici dairələrin istəklərinin buradakı icraçısı olub. Ona görə də belə əməllərə yol verənlər öz layiqli cəzalarını almalıdır. Leyla Yunus həmin olay zamanı yaratdığı şou ilə Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək məqsədi daşıyıb. Bu, həm də uzun müddətdir hakimiyyətə qərəzli mövqedə dayanan insanların pis niyyətlərindən xəbər verir. Bir çox radikal müxalif dairələri də onu dəstəkləyərək, həmin şouya bəraət qazandırmaqla özlərinin xalq arasında itən imiclərini guya qaytarmaq niyyətində olublar. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları siyasi məhbus kimi dəyərləndirməklə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün siyasi məhbus kimi həbs olunması ssenarisini planlaşdırıb. Amma, təkcə təkcə polisin papağını başından çıxarıb yerə atması ona qarşı cinayət işinin açılmasına əsas verir. Belə şəxslər cəzalarını almalıdırlar".
Millət vəkili Fərəc Quliyev də vurğuladı ki, Leyla Yunus sözügedən hərəkətləri ilə özünün günahsız olduğu imicini formalaşdırmaq, bəzi Qərb dairələrini ölkəmizə qarşı qaldırmaq məqsədi daşıyıb: "Leyla Yunus kimiləri öz ətrafında belə şoular yaratmaqla guya nəyəsə nail olmaq istəyir. Amma dünyanın bütün ölkələrində, elə Fransanın özündə də dövlətə qarşı olan adamları maskalılar belə zorla, hətta müqavimət göstərilərsə, öldürməklə də zərərsizləşdirirlər. Azərbaycan hüquq-mühafizə orqanları isə sivil davranış normaları nümayiş etdirdi. Leyla Yunus polisin papağını yerə atmaq hərəkətində bulundu, amma hüquq-mühafizə orqanları buna reaksiya vermədilər. Hesab edirəm ki, Azərbaycanın milli mövqeyinə zidd hərəkət edənlərə qarşı ən sərt tədbirlər görülməlidir. Belə şeylərdə güzəşt olmur. Demokratiya, aşkarlıq, bərabərlik məsələləri yalnız sivil formada yarışda, seçkilərdə, əməli fəaliyyətdə görsənməlidir. Yoxsa, düşmən dövlətlə əməkdaşlıq edir, sonra da onu zərərsizləşdirəndə hay-küy salmağa başlayır. İkinci bir tərəfdən, bir daha aydın oldu ki, Azərbaycanda bəzi qüvvələr ölkəmizin imicinin mənfi halda formalaşdırılması üçün əllərindən gələni edir. Hər bir ölkədə çatışmamazlıqlar ola bilər. Amma insan hər bir fəaliyyətində milli maraqları əsas götürməlidir. Prioritet olaraq öndə milli maraqlar dayanır. Lazım gələndə şəxsi, qrup maraqları milli marağa qurban verilməlidir. Lakin Leyla Yunus kimiləri dövlət maraqlarını şəxsi maraqları naminə ayaqlar altına atmaları bir tərəfə, onlar həm də süni şəkildə Azərbaycanın imicinə zərər vuran addımlar atırlar. Belə hallar ictimaiyyət tərəfindən qınanılmalı, hüquq-mühafizə orqanlarına dəstək verilməlidir. Belə məsələlərlə bağlı olaraq daha sərt tədbirlərin görülməsi tərəfdarıyam. Yunuslar Azərbaycana bağlı insanlar deyil. Belədə onların atdığı bütün addımlar, hərəkətlər ölkəmizin imicinə zərbə vurmaq üçündür. Bu yolla da ölkəmizə qarşı beynəlxalq arenada mənfi imicin formalaşması, sərt reaksiya və sanksiyaların yaranmasına zəmin yaratmağa çalışırlar. Belə fəaliyyət ölkəyə qarşı fəaliyyət göstərməkdir və düşünülmüş şəkildə olan addımlardır".
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |