Şrift:
Fərəc Quliyev: “Yunuslar Azərbaycana bağlı insanlar deyil” MÜNASİBƏT
07.05.2014 [14:07] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Leyla Yunus kimiləri dövlət maraqlarını şəxsi maraqları naminə ayaqlar altına atmaları bir tərəfə, onlar həm də süni şəkildə Azərbaycanın imicinə zərər vuran addımlar atırlar”. SİA-nın məlumatına görə, bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun aprelin 28-də saxlanılması zamanı bilərəkdən şou yaratmasına münasibətini açıqlayarkən deyib.

Belə hallar ictimaiyyət tərəfindən qınanmalı, hüquq-mühafizə orqanlarına dəstək verilməlidir. MDP sədri bildirib ki, belə məsələlərlə bağlı olaraq daha sərt tədbirlərin görülməsi tərəfdarıdır: “Yunuslar Azərbaycana bağlı insanlar deyil. Onların atdığı bütün addımlar, hərəkətlər ölkəmizin imicinə zərbə vurmaq üçündür. Belə fəaliyyət ölkəyə qarşı fəaliyyət göstərməkdir və düşünülmüş şəkildə olan addımlardır”.

Xatırladaq ki, SDİ rəhbəri həbs olunarkən onun yanında ABŞ və Fransa səfirliklərinin rəsmiləri olub və sonradan Leyla Yunusun özü də etiraf edib ki, onun səs-küy salması məhz diqqəti özünə cəlb etmək üçün olub.

Rövşən Nurəddinoğlu
Bu xəbər oxucular tərəfindən 1366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed