12.12.2011 [16:13] - Gündəm
Gündəlikdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi də var
Dekabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 11 məsələ daxil edilib.
Parlamentin iclasında 3 dövlətlərarası sənəd - “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviq və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişlərin layihəsi səsverməyə təqdim olunacaq.
İclasda həmçinin, “Azərbaycan Respublikası 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də, İnzibati Xətalar Məcəlləsində, İsmayıllı, Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən, Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər layihəsi müzakirəyə çıxarılacaq.
Bundan başqa, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi birinci oxunuş, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |