Şrift:
Güneyli sənətçi Sanaz Niknam qadın müğənnilərin durumundan danışıb – AUDİO
09.05.2014 [09:35] - Güney Azərbaycan xəbərləri, Müsahibə
“Bizim toplum istəmir ki, bir qadın mahnı oxusun, adını qoysun müğənni. Bu baxış dəyişməlidir. Kişilər qadınlara qarşı baxışlarını dəyişdirməlidirlər,” deyə güneyli vokal (avaz) sənətçisi Sanaz Niknam “Amerikanın Səsi”nə müsahibədə bildirib. Güneyli vokalist Güney Azərbaycanda teokratik rejimin tətbiq etdiyi rəsmi qadağalardan əlavə cəmiyyətdə qadınların musiqi fəaliyyətinə mənfi baxışları musiqi sənətinin inkişafına başlıca əngəllərdən biri hesab edir.

İran İslam Respublikasının qanunlarında qadın müğənnilərin fəaliyyətini icazə verilmir. Buna görə də, ilk musiqi dərslərini Təbrizdə Fəridə Əsgərniya kimi ustadlardan aldığını söyləyən Sanaz Niknam musiqi fəaliyyətini ciddi şəkildə davam etdirmək istədiyində Azərbaycan Respublikasına mühacirət edib.

Bakıda vokal musiqi məktəbində təhsil almış təbrizli müğənninin sözlərinə görə, güneydə qadın müğənnilər sadəcə hakimmiyyət deyil, toplum tərəfindən də çətinliklər və məhdudiyyətlərlə üzləşirlər.

Sanaz Niknam öz şəxsi təcrübəsində Təbriz əhli, o cümlədən, öz qohumlarının mənfi münasibətləri ilə qarşılaşdığını dilə gətirib. Onun fikrincə, həmin səbəblərə görə, güneydə fəaliyyət göstərən qadın musiqiçilərin peşəkar gələcəyi yoxdur.

Hazırda İngiltərədə mühacirətdə yaşayan güneyli vokalist həmçinin Böyük Britaniya və Avropanın digər ölkələrində təşkil etdiyi konsertlər və qatıldığı birgə musiqi proqramları haqqında danışıb.

Sanaz Ninam Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan mədəni dərnəklərinin güneyli musiqiçilərlə dəstək vermədiklərini qeyd edib və bundan narahat olduğunu bildirib.

AUDİOnu qaynağımız olan aşağıdakı LİNKlərdən izləyə bilərsiniz:

My Webpage]My Webpage[/url]
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed