Şrift:
Türkiyə hökumətinin Öcalanla razılığa gəldiyi bildirildi!
09.05.2014 [10:06] - Gündəm, Türk dünyası-Turan
İmralıda Öcalanla görüşmə heyətində olan HDP-çi Pərvin Buldan Türkiyə hökumətinin Abdullah Öcalanla razılığa gəldiyini qeyd edib.
Türkiyə mətbuatı xəbər verir ki, İmralı adasındakı həbsxanada ömürlük həbsə məhkum olan PKK terror təşkilatının lideri Abdullah Öcalan onunla görüşən Xalqların Demokratik Partiyasının üzvü Pərvin Buldan vasitəsi ilə mətbuata açıqlama verib.

Pərvin Buldan Türkiyə hökuməti ilə Abdullah Öcalanın iki mövzuda razılığa gəldiyini bildirib. Pərvin Buldanın iddiasına görə hökumət “Bölgəsəl Muxtariyyət İdarə Aktı” və “Demokratik Vətəndaş Cəmiyyəti Aktı” ilə bağlı Abdullah Öcalanla razılığa gəlib.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed