Şrift:
Azərbaycan Türkiyə və ABŞ ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
12.12.2011 [19:05] - Hərb
Azərbaycan Türkiyə və ABŞ ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı baş plan və prinsiplər idarəsinin rəisi korpus generalı Mehmet Emin Alpmanı qəbul edib.

Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı, bölgədə hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün nazir Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı Uilyam Freyzeri qəbul edib.

Görüşdə regiondakı vəziyyət, ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Antiterror əməliyyatları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də görüşün əsas müzakirə mövzularından olub.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed