Şrift:
Bir qrup güneyli mühacir Helsinkidə aksiya keçirdi
09.05.2014 [11:54] - Güney Azərbaycan xəbərləri, Diaspor
May ayının 8-də Finlandiyada yaşayan bir qrup güneyli mühacir ölkənin paytaxtı Helsinkidə aksiya keçirərək finlərin diqqətini güneyli-quzeyli Azərbaycanımızın problemlərinə cəlb etməyə çalışmışlar. Onlar Dağlıq Qarabağla bağlı plakat açaraq, ölkəmizin bu dilbər guşəsinin hələ də işğal altında olduğunu diqqətə çatdırmış, eyni zamanda yerli əhaliyə İran zindanlarında ağır şəraitdə saxlanılan, işkəncələrə məruz qalan soydaşlarımız barədə ətraflı məlumat vermişlər. Aksiya iştirakçıları bəyanat yayaraq, 24 gündən bəri aclıq edən Yeni GAMOH üzvü Yürüş Mehrəlibəylini aclığı dayandırmağa səsləmişlər.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed