Şrift:
Hava hücumundan müdafiə qoşunları döyüş təlimi keçirib
09.05.2014 [12:03] - Gündəm, Hərb
Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təlim müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilib.

Təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirməsini müəyyən etmək olub.

Ssenariyə əsasən, hava məkanını pozan şərti düşmən hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hədəflər haqqında məlumat divizionlara ötürülərək hədəflər izlənməyə götürülüb. Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin şərti atəş ilə şərti düşmən məhv edilib.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed