12.05.2014 [11:20] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınan “Ayrılıq” əsərinin müəllifi güneyli mahnı yazarı və şair Fərhad İbrahiminin bir neçə vaxtdır komada olduğunu bildirir. Bu barədə İran mətbuatı məlumat yayıb.
79 yaşlı azərbaycanlı şair doğma şəhəri Ərdəbilin İmam Xomeyni xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Fərhad (Rəcəb) İbrahimi “Ayrılıq”, “Açıl Səhər” və “Ağlama” kimi mahnıların sözlərinin müəlifidir.
Azərbaycanlı musiqiçi mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.
Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra “Ayrılıq”-ın şöhrəti Güney Azərbaycan və İran sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.
Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlandan öncə mahnı fərqli sözlərlərlə məşq edilmişdi:
...
İllərdir uzağam arxam elimdən
Bülbüləm düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq ayrılıq yaman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq...
Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |