Şrift:
Qazaxıstanda Turan adlı şəhər tikilib, Azərbaycana da torpaq ayrılıb
12.05.2014 [11:40] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstanda "Turan” adlanan yeni şəhərin açılışı olacaq. Bu barədə davam.az saytına Türk Xalqları Ümumdünya Assambleyasının vitse prezidenti, akademik Yəhya Canyar (Əliyev) məlumat verib və MDHP rəhbərliyinə dəvətnamə də göndərilib. Məlumata görə, 23-26 may tarixində Çimkənd şəhərinin 30 km-də salınan şəhərin açılışı və bu münasibətlə Türk Xalqlarının Qurultayı keçiriləcək. Tədbirə 40-a yaxın türk toplumunun elm, ictimai-siyasi və dövlət xadimləri dəvət olunub. Hələlik 12 hektar ərazidə salınan şəhərdə bir neçə bina istifadəyə veriləcək. Şəhərdə hər türk xalqına 12 sot (hər sot 100 metr-i murəbbədir) torpaq sahəsi ayrılacaq və sənədləşdiriləcək. Həmin torpaq sahəsində hər bir türk xalqı öz mədəniyyətini təbliğ edən mərkəzlər yarada biləcək. Qeyd edək ki, tədbirə Azərbaycanın alimləri də qatılacaq. Bununla bağlı ötən gün Azərbaycan üzrə təşkilat komitəsi də formalaşıb.
Türk dovlətlərinin Turan Ordusunun yaradılması barədə xəbərlərin ardınca Qazaxıstanda Turan şəhərinin əsasının qoyulması tarixi bir hadisədir.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed