Şrift:
Sabah Vyanada İranla altılıq ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq
12.05.2014 [15:22] - Güney Azərbaycan xəbərləri, Siyasət
Sabah İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, danışıqlar yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə BMT-nin Vyanadakı qərargahında keçiriləcək.

Müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Mayın 13-də M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələcəklər. Mayın 14-16-da İran və “altılıq” ölkələri arasında üç gün müddətində ümumi və təkbətək danışıqlar keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed