13.12.2011 [04:56] - Türkün şanlı tarixi
Media, televiziya güclü rolu və təsiri olan viruslar yayır
Psixoloji viruslar insanın qəlbini zəhərləyərək kriminala aparıb çıxara bilir
Müasir həyatımızda insan özü də xəbəri olmadan gündən-günə psixoloji viruslara yoluxur, lakin o bunu dərk etmir. Dərk etsə də bu məsələyə bir zarafat kimi yanaşır, inanmaq istəmir. Bəli, psixoloji viruslar mövcuddur və həyatımızda da çox mühüm yer tutur. İndi elə məsələlərə toxunacağıq ki, siz də bununla istər-istəməz razılaşacaqsınız.
Psixoloji viruslar nədir? Necə olur və hansı şəkildə özünü göstərir? Sadə sözlə desək o insan qəlbində, psixikasında obraz və ya təhqiredici sözlər şəklində, ya da ki, dərin sarsıntının nəticəsində iz qoyub yaddaşa hopmuşdur. Əlbəttə ki, insanın mənəvi cəhətdən güclü və zəif olması da burada vacib rol oynayır. Amma vəziyyət o dərəcədə də bərbad həddə çatmayıb çunki, ən azından müsəlman ölkəsi olduğumuz üçün bəzi insanlar bunu, şüuraltı, intuitiv şəkildə dərk edir. Nəticədə onlar hansı dinə ibadət etmələrindən asılı olmayaraq namaz qılır və Allahla ünsiyyət yaradaraq öz fikirlərini, düşüncələrini virusların təsirindən qoruyub pak saxlamağı bacarır. Psixoloji viruslar insanın qəlbini zəhərləyərək elə dərin iz qoya, elə həddə çatdıra bilər ki, bu hal hətta kriminala gətirib çıxarar. Onların həyatımızda muhüm yer aldığını və uşaqlıqdan bəri mənfi ya da musbət təsir göstərdiyini desək yanılmarıq. Gəlin ən sadə nümunəni götürək. Evdə valideynlər və yaxud məktəbdə müəllimlər uşağı danlayanda çox qəddar olublarsa, ya da əksinə, uşaq təbiətcə həssas və emosionaldırsa onların bir sözü belə təkrar-təkrar eşitdikdə uşağın psixikasında dərin iz qoyur və bir virus kimi uzun illər ona əziyyət verir. İnsan özünə qapana bilər, hətta bu virus daha da guclənərək mutasiya edərək qisas şəklində kriminala gətirib çıxarar. Gəlin faktlara nəzər salaq: Avropada və Qərbdə nə qədər belə hadisələr olub və olmaqdadı. Adi məktəblərdə belə yeniyetmənin sinif yoldaşlarına və müəlliməsinə qarşı bıçaqlanma və ölüm hadisələri və s. Bir sözlə psixoloji virus insan psixikasını qula çevirməyə, sındırmağa qadirdir əlbəttə ki, insan özü mənəvi zəifliyə meyllidirsə.
Yaxşı - deyəcəksiz, başqa hansı viruslardan ehtiyat etməliyik? Güclü rolu və təsiri olan viruslar media və televiziyadan yayılır. İnandırıcı görünməsə də bu danılmaz faktdır. İnsan beyni mənfiyə daha həssasdır deyə mənfi xəbər, kriminal hadisələr, ən əsası pornoqrafik və ya qorxulu filmlər, eyni zamanda kompyuter oyunları insan şüurunu daha çox zəhərləməyə qadirdir. Qorxulu filmlərə həvəs göstərən insanlar təkrarən, yenə və yenə belə filmlərə baxaraq özlərində mənfi xarakter proqramlaşdırır. Çünki belə filmlərə baxaraq, belə oyunlar oynayaraq oyunda insanları öldürməkdən, qalib gəlməkdən başqa hədəf olmadığından istər- istəməz insan psixikasında dərin obraz şəklində mənfi virus yaranır və nə vaxtsa insanın xarakterini mənfiyə doğru qəddarlığa, hissiyyatsızlığa doğru formalaşdırır. Ən dəhşətlisi də elə budur.
Elə bu məqamda gündəlik həyatda rastlaşdığımız psixoloji virusların başqa növünü də misal çəkək. Adi iş yerində və ya ətrafımızda olan ünsiyyətdə olduğumuz insanlar tərəfdən artıq vərdişə çevrilmiş kritikalar, kimisə qınamaq və s. cəmiyyətdə daha çox yayılıb.
O zaman psixoloji durumunuzu necə qorumaq lazımdır? Gəlin nəzər salaq ən sadə yollara. Ən birincisi ən əsası keçmişin xatirələrindən azad olmalıyıq. Kecmişdə olan travmatik hadisələr, uğursuz sevginin əzabları və digərləri, bunların hamısı bəslədiyiniz, buraxmaq istəmədiyiniz psixoloji viruslardır, sizlər onları yaşadırsınız. Bəli, belə etməklə insanlar bu günü və gələcəyi iqnor edir. Ona görə hələ ki, gec deyil, gəlin, bir az dərindən düşünək və illərlə yığılan lazımsız vərdişlərin yükünü üstümüzdən yavaş-yavaş ataq. Fikirləşin, axı siz niyə özünüzü zəif qurban kimi görürsüz öz gözünüzdə? Gəlin, qəlbimizi, xatirələrimizi, müsbət pozitiv düşüncələrlə dolduraq. Və birdəfəlik dərk edək ki, neqativ hadisələr nəticədə viruslara çevrilib informasiya şəklində insan həyatının dünyaya baxışına cevrilir və insanın taleyini həll edir.
Başqa sadə üsullardan biri də öz ətrafınıza nəzər salmaqdır. Yaşadığınız mühitə, həyat tərzinə və ən əsası öz hisslərinizə, emosional durumunuza baxın, görün aqressor nədir və ya kimdir? Hadisələrə reaksiyanızı yoxlayın. Fikirləşin, görün hansısa qərar qəbul etdikdə çətinlik çəkirsinizmi? Özünüzdə əminlik varmı? Nəyəsə görə daxilən narahatsınızmı? Ən əsası hansı komleksləriniz var? Unutmayın ki, bunların hamısını analiz edib dərk etsəz asanlıqla başa düşəcəksiz. Beyninizdə, düşüncələrinizdə psixoloji viruslar nə dərəcədə kök salıb və sizin həyata baxışınızı boz və tünd rənglərə bürüyür, sanki tozlu güzgü kimi bu günə, gələcəyinizə aydın, musbət baxmağınıza təsir edir.
Linkoln demiş - “İnsan o dərəcədə xoşbəxtdir, nə dərəcədə ozünü xoşbəxt hiss etməyə öyrəşib və nə dərəcədə buna qadirdir”. Gəlin psixoloji cəhətdən güclü olaq ki, hərtərəfli başqaların virusları belə bizə təsir etməsin. Unutmayaq ki, həyatımızı parlaq etmək və rəngli çalarlarda görmək bizim öz daxili baxışlarımızdan asılıdır.
Leyla
Bu xəbər oxucular tərəfindən 2223 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |