Şrift:
Bakıda ilk dəfə Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək
13.05.2014 [10:52] - Xəbərlər, Türk dünyası-Turan
Mayın sonlarında ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, görüşün Bakıda keçirilməsi nəzərdə tutulur.
Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.

Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed