Şrift:
Fransa prezidenti Türkiyəni qondarma erməni soyqırımını tanımağa çağırdı
14.05.2014 [09:39] - Gündəm, Siyasət
Fransa prezidenti Fransua Olland Türkiyəni qondarma erməni soyqrımını tanımağa çağırıb. Fransua Olland Qafqaza səyahət proqramı çərçivəsində Ermənistan gedib və orada qondarma erməni soyqırımı qurbanları üçün ucaldılan abidəni ziyarət edib.
Olland Ermənistan səfəri zamanı erməni əsilli fransız müğənni Şarl Aznavurun konsertinə də gedib. Bu müğənninin ifasında ən çox sevdiyi mahnı olan “Emmenez-moi” adlı mahnıya qulaq asıb. Daha sonra Ermənistan prezidenti Serj Sarkisyan Fransua Ollandın şərəfinə şam yeməyi verib. Şam yeməyindən sonra Olland qeyd edib ki qondarma erməni soyqrımını inkar etmək olmaz:

“Bunu inkar etmək qurbanlar və həqiqətə qarşı ədalətsizlikdir. Bunu inkar etmək olmaz. Dünyanın hər yerində soyqrımın tanınması üçün imkanlar var. Soyqrımı tanımaq bölməz, birləşdirər”.

Fransua Olland daha sonra, 2015-ci ildə qondarma erməni soyqrımının 100-cü ildönümündə iştirak etmək üçün İrəvana səfər edəcəyini açıqlayıb
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed