Şrift:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 11 mlrd. manatlıq sənaye məhsulu istehsal olunub
14.05.2014 [10:52] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 11 mlrd. manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 72,5% istehsal olunmuş mədənçıxarma bölməsində 14,1 mln. ton neft, 6,1 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,8% təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 6,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6% su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3% üstələyib, neft-qaz sektorunda isə 2,9% azalıb. Ümumi sənaye istehsalının 93,3% malların (əmtəələrin), 6,7% isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,1% özəl bölmədə istehsal olunub.
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed