Şrift:
Süzan Rays: İran danışmaq yerinə əməli addımlar atsın
14.05.2014 [11:34] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yardımçısı Süzan Rays mayın 12-si Vaşinqtonda, İsrailin müstəqillik günü ilə bağlı toplantıda çıxış edərək Qərblə İran arasında nüvə müzakirələrindən danışıb.

Süzan Rays deyib ki, İran apardığı nüvə fəaliyyətinin dinc xarakter daşıdığını sübuta yetirməlidir: “Əgər İran məsələnin mahiyyəti ilə əlaqədar bizi qane edə bilməsə, yekun nüvə razılaşması da olmayacaq. Biz yalnız o vaxt razı qalacağıq ki, İran danışmaq yerinə əməli addımlar atsın və dediklərinin düzgün olduğuna bizi əmin etsin.

Hamımız problemin diplomatik yollarla həll olunmasına töhfə verməliyik. Hamımız bunun üçün məsuliyyət daşıyırıq. Lakin bunu da bilmək lazımdır ki, ABŞ yalnız söz eşitməklə razı qalmayacaq”.

Süzan Rysın çıxışı İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı növbəti danışıqlarından bir gün əvvələ təsadüf edib. Nüvə danışıqları mayın 13-də Avstriya paytaxtı Vyanada davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed