Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
13.12.2011 [09:25] - Hərb
Əsgərova Salatın Əziz qızı

1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdir. Salatın həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Lakin Salatın jurnalist kimi fəaliyyət göstərir. 1991-ci il "Yanvarın 9-u" O, Laçından Şuşaya gəlirdi. Qaladərəsi kəndi yaxınlığında ermənilər maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərova ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir.
Ailəli idi. Bir oglu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur.
Yaxınlığında həlak olduğu kənd "Salatınkənd" adlanır.


Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
Əliyev Əliyar Yusif oğlu
14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1975-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Bədən Tərbiysi İnstituna daxil olmuşdur. 1979-cu ildə institutunu fərqlənmə diplomu ilə bitirmiş, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir. 1980-ci ildə hərbi xidmətə getmişdir. 1982-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıdan Ə.Əliyev bir müddət rayon orta məktəbində müəllim işləmiş, "Məhsul" kənd könüllü idman cəmiyyətində məşqçi olmuş və idman cəmiyyətinin rayon şurasının sədri seçilmişdir. Respublikanın adlı-sanlı idmançısı Ermənistanin Azərbaycana təcavüü zamanı cəbhəyə könüllü getmişdir. Ermənilərin "Topadağac yüksəkliyi"nə hücumunun dəf edilməsində iştirak etmişdir. 1992-ci il oktyabrın 3-də "Şurumbaşı tüksəkliyi" uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı Fərmanı ilə Əliyev Əliyar Yusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qubadlı rayonunda abidəsi qoyolmuşdur. Yaratdığı tabor və bakı şəhətindəki küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır
Bu xəbər oxucular tərəfindən 3201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed