Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz şəhidlər
13.12.2011 [09:27] - Hərb

Cabbarov Salman
Məmməd oğlu

Cabbarov Salman Məmməd oğlu 1968-ci il dekabr ayının 18-də Qərbi Azərbaycanın Vardenis rayonunun Subatan kəndində anadan olmuşdur. orta təhsilini başa vurduqdan sonra boya - başa çatdığı Nərimanlı kəndindəki «Bakı fəhləsi» adına kolxoxda çoban işləmişdir.
1994-cü ili naprel ayında Şəmkir rayon hərbi komissarlığı tərəfindən orduya çağırılmışdır. Yüzlərlə yaşıdı kimi o da tökülən günahsız qanların intiqamını almağa çalışırdı…
1994-cü il mayın 12-də Tərtər cəbhəsində qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi.

Bayramov Tarverdi
Oruc oğlu

1972-ci il dekabrın 12-də Xaçmız rayonunun Zaliyevka kəndində anadan olub. 1978-ci ildə Müşkür kənd orta məktəbinin səkkizinci sinfi bitirmişdi. 1990-cı ildə peşə məktəbində təmirçi-çilingər peşəsi kursunu bitirmişdir. Rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Aprelin 20-də Tarverdigil rayonun ən qəynar nöqtələri olan Qazançı və Ağkənd kəndlərində düşmənin hücumlarının qarşısını almaq üçün döyüşə yollandılar. düşmənə tutarlı zərbələr endirən Tarverdi 22 aprel 1992-ci ildə Şayıflı kəndinin ermənilərdən müdafiəsinə qalxdı. 1992-ci il may ayının 25-də qəhrəmancasına həlak olmuşdur. Subay idi.

Abdullayev Nurəli
Hacibaba oğlu

Nurəli Abdullayev 1960-cı il 19 dekabrda Bakının Əmircan qəsəbəsində anadan olub. Orta məktəbi, 112 saylı Texniki Peşə məktəbini bitirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub. 1991-ci ildə erməni vəhşiliyinə nifrəti onun da əyninə döyüşçü forması geyindirdi. Həmin gecə ərənlərimizin səfi xəyantkarcasına pozuldu. 26 yanvar 1992-ci il «Daşaltı faciəsi» kimi tarixə çevrildi. Arzuların, ümidlərin puç olduğu gün… Bu, çox böyük dərddir. Bu dərdə nə qələm dözər, nə dil, nə kağız… Görünür, onların da taleyi beləymiş. Onların da alnına belə yazılıbmış. Alın yazısından isə heç vaxt qaçmaq olmur. Say - seçmə igidlərimizin heykəlləşən ömrü göynədir adamı. Onların qanıyla suvarılmış bu torpaq ancaq dərd - ələm bitirəcək. Düşünülməmiş aparılan «Daşaltı əməliyyatı» nın vurduğu yaralar çətin sağalar. Bu uğursuz «əməliyyatın» qurbanları acı xatirə kimi daim qəlbimizdə qərar tutacaq. Bircə təsəllimiz var ki, bu xəyanətin qurbanları bizdən etibarlı olan müqəddəs ana torpağın köksündə əbədi uyuyurlar. Nurəli Hacıbaba oğlu da bu nakam «Azadlıq aşiqləri» ndən biridir. Təəssüflər olsun ki, o da yüzlərlə igid kimi, başıpozuq komandirlərin səhlənkarlığının qurbanı oldu. Kərkicahanda, Goranboyda neçə - neçə döyüşlərdə iştirak etdi, hünərvərliyi ilə çox gənclərə nümunə oldu. O, hələ çox igidliklər göstərəcəkdi, amma tarixə qara ləkə kimi düşən «Daşaltı əməliyyatı» nda o da xəyanətin toruna düşərək, Vətən qurbanı oldu.
Bu xəbər oxucular tərəfindən 1502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed