13.12.2011 [09:32] - DAVAMın yazıları
Özümü qanandan dil haqqında zəhlə tökən və mənim üçün bir az da mənasız görünən mübahisələrin şahidi olmuşam. İndi də ara-sıra şahidi oluruq. Bəziləri fars dilinin zəngin, axıcı və ən nəhayət şeir dili olduğunu yeri gəldi-gəlmədi iddia edirlər. Bir qisim şəxslər isə bu iddianın əksinə fikir səsləndirirlər. Bəlkə də hər kəs özlüyündə haqlıdır. Təbii ki, heç kim öz ayranına "turşdu" deməz. Bu kimi iddiada bulunanlar öz məntiqlərinə əsaslanaraq gəldikləri qənaəti bölüşürlər. Mən də bir fərd kimi Türk dilinin digər dillərdən daha zəngin olduğu qənaətindən çıxış edərək deyirəm; türk dili nəinki fars dilindən, bütün dillərdən çox-çox zəngindir…
Şeir dili olmağa gəldikdə isə, türkün dilində yazılan şeirləri, yaradılan əsərləri heç bir dildə bu qədər əhatəli və mükəmməl yaratmaq mümkün deyil. Hansı üzünə çevirsələr də bu belədir. Açığı, bu haqda geniş bir yazı yazmaq istəyindəydim. Ancaq Türk ədəbiyyatının ən parlaq ulduzlarından biri olan Əlişir Nəvainin XV əsrdə türk və fars dilləri haqqında dediklərini oxuduqdan sonra bu barədə nəsə yazmağa utandım. Böyük Nəvaidən sonra nə demək olar ki, nə lazmsa, necə lazımsa hələ əsrlər öncə o deyib. Özü də çox dəqiq bir formada...
Böyük şairin əsərindən olan seçmələri sizlərə təqdim edirik: şərhsiz-filansız...
"…Ana dilim üzərində düşünməyə çalışdım. Türk dilinin dərinliklərinə dalınca gözlərimə on səkkiz min aləmdən daha yüksək bir aləm göründü. Bu aləmin yaraşıqlar, bəzəklər içində ənginləşən göyü, doqquz qat göydən daha ucaydı. Bu fəzilətlər, yüksəkliklər xəzinəsinin inciləri ulduzlardan daha parlaqdı. Baxçalarındakı gülləri günəşlər kimiydi... Bu aləmin işıqlı meydanlarında ilhamımın şahə qalxan atını səyirtdim..."
"...Belə məlumdur ki, türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır. Fars isə elmdə cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür. Bu hal türklərin doğru, dürüst, təmiz niyyətindən, farsların da elm və hikmətindən bəlli olur. Lakin türk və fars dilləri arasında qüsursuzluq və ya nöqsan baxımından çox böyük fərqlər vardır. Söz və ibarədə, sözlərin məna və qavramında türk farsdan üstündür. Türkün öz dilində elə incəliklər, gözəlliklər, sənətkarlıqları vardır ki, inşallah yeri gəldikdə göstəriləcəkdir..."
"...Türkün farsdan daha üstün, daha qabiliyyətli, daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı: bu iki millətin gəncləri, qocaları, böyükləri, kiçikləri arasında yaxınlıq eyni dərəcədədir. Alış-verişləri, işləri, gücləri, həyat tərzləri, oturub-durmaları bir-birlərindən heç fərqli deyildir. Eyni həyat şəraitində yaşarlar... Belə olduğu halda türklərin hamısı fars dilini yaxşı öyrənir və danışır, ancaq farsların heç biri türkcə danışmaz. Yüzdə, bəlkə mində biri türk dilini də öyrənir və danışırsa da, onun türk olmadığı elə ilk sözündən məlum olur... Türkün farsdan qabiliyyətli olduğuna bundan daha qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz..."
"...Fars dili yuksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərq yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz".
Onlardan bir misal:
"Fars ördəyin bütün növlərinə mürğab deyir. Türklər isə bu heyvanın erkəyinə sona, dişisinə yaşılbaş deyirlər. Fərqli olan növlərinə çörkə, almabaş, maviqanad, dəmirqanad, alapəkə, bağçal... kimi adlar verirlər ki, farslar bunların heç birini bilməz, hamısına mürğab deyərlər..."
Bax belə, sayğıdəyər oxucu, görün, Böyük Nəvai türk və fars dillərinin müqayisəsini nə gözəl verib. Bundan sonra nəsə demək cürətini özündə tapanlar gərəkdir ki, oturub əməlli-başlı düşünsünlər. Sizcə Əlişir Nəvaidən sonra nəsə demyə lüzum varmı?

Bu xəbər oxucular tərəfindən 1590 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |