17.05.2014 [10:01] - Gündəm, Hadisə
Hadisə Goranboy rayonu ərazisində baş verib.
Hərbçilərdən birinə məxsus şəxsi avtomobil Tərtər istiqamətində hərəkət edərkən Goranboy rayonu ərazisində qəzaya uğrayıb. Belə ki, müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev VAZ-21015 markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yolun kənarındakı kanala aşırıb. Hadisə nəticəsində sərnişinlərdən biri - müddətdən artıq hərbi qulluqçu Sadıqov Elməddin Qəşəm oğlu ölüb. Sürücü Cavanşir Xafiyev və müddətdən artıq xidmət edən digər 2 hərbi qulluqçular Əliyev Elşən və Kazımov Emil müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hərbi hospitala yerləşdiriliblər.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.
Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |