Şrift:
Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin görüşünün ilkin tarixi açıqlanıb
17.05.2014 [11:03] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli formatda ilk görüşünün ilkin tarixi açıqlanıb. Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir. Bu barədə şənbə günü diplomatik mənbədən bildiriblər.
Bakıda görüş zamanı üç ölkənin xarici işlər nazirlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İranın görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed