Şrift:
MDHP gəncləri Mənim gələcəyim uşaq festivalında iştirak edib
17.05.2014 [11:42] - Gündəm, Sosial
16.05.2014-cü il tarixində MDHP sədrinin köməkçi müşaviri Leyla Cahangirova və MDHP gəncləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən ötən ilin oktyabr ayından etibarən “Mənim gələcəyim sənin də gələcəyindir – Uşaqların istismarını dayandıraq” adlı uşaq festivalında iştirak etmişlər.
Layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir.
Festival çərçivəsində Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağının sakinləri, eləcə də, müxtəlif sosial-iqtisadi problemləri olan uşaqların əl işlərindən ibarət işlər, müvafiq uşaq kitabları və digər çap məhsulları sərgiləndi. Həmçinin, Art terapiya, “Mənim rəngli həyatım” adlı aksiyalar da həyata keçirildi. Festival müddətində Azərbaycan Uşaqlar Birliyinin müxtəlif layihələr çərçivəsində mövzuya aid hazırladığı qısametrajlı filmlər və videoçarxlar nümayiş etdirildi.

Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed