Şrift:
İran Xəzər donanmasının döyüş sıralarına yeni sualtı qayıq daxil edəcək
17.05.2014 [11:56] - Hərb
İran 2015-ci ilin ortalarınadək Xəzər donanmasının döyüş sıralarına bir ədəd sualtı qayıq daxil etməyi planlaşdırır.

Məlumata görə, hazırda Ənzəlidəki gəmiqayırma müəssisəsində Xəzər donanması üçün bir ədəd qayıq inşa edilir.

Ənzəlidə bir Çin şirkətinin iştirakı ilə tikilən qayığın uzunluğu 50 metr olacaq.

Sualtı qayığın hansı silahlarla təchiz olunacağı barədə məlumat verilməyib.

Məlumata görə, qayıq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzərdəki qüvvələrinin silahlanmasında olacaq.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed