Şrift:
Ukrayna Rusiyaya qarşı 100 mlrd. dollarlıq iddia qaldıracaq
19.05.2014 [09:49] - Gündəm, Siyasət
Ukrayna Rusiyaya qarşı 100 mlrd. dollarlıq iddia qaldıracaq.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

Hazırda Ukrayna Ədliyyə Nazirliyinin müvafiq sənədləri hazırladığını bildirən A.Turçinov bildirib ki, Kiyevin Beynəlxalq Arbitraj Məhkəməsinə müraciətinin məqsədi Rusiyanın özbaşına qaz qiymətlərini artırmaq və bununla da təcavüz siyasətinin səbəb olduğu maliyyə itkilərini qarşılamaq cəhdinə son qoymaqdır.

“Qaz qiymətləri ilə şantaj Rusiyanın təkcə Ukraynaya deyil, eləcə də digər dövlətlərə qarşı sevimli təzyiq formatıdır. Bu biabırçılığa son qoymağın vaxtı çatıb”, - deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed