20.05.2014 [11:03] - Gündəm, Türk dünyası-Turan
Tatarların deportasiyasının 70-ci ildönüm mitinqində bu barədə qətnamə qəbul edilib.
Krım tatarları Krımda milli-ərazi muxtariyyətinin yaradılması yolu ilə özünütəyin hüququ olduğunu bəyan edir.
Məlumata görə, Kiyevdə keçirilən və tatarların Krım yarımadasından deportasiyasının 70-ci ildönümünə həsr edilmiş kütləvi mitinqin qətnaməsində belə deyilir. Sənəddə Krım tatarlarının tarixi adların bərpası, Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat, Krım tatarlarının qurultayının tanınması və Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması kimi tələblər irəli sürülüb.
Qətnamə müəlliflərinin fikrincə, 70 il əvvəl olduğu kimi, indi də Krım tatarlarına qarşı zorakılığa yol verilir, onların toplaşmaq hüququ əllərindən alınır.
Həmin qətnamənin qəbul edildiyi mitinqdə 30 minə yaxın Krım tatarının iştirak etdiyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |