Şrift:
1200 ailə Sovetskidən köçmək üçün müraciət edib
20.05.2014 [13:13] - Gündəm, Sosial
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1200 nəfərə çatıb.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.

O deyib ki, 852 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 836 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

Komissiya sədri söküntü ərazisinə düşən 2989 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 81 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed