Şrift:
Fərəc Quliyev Avropa Şurasından öhdəliklərini yerinə yetitməyi tələb etdi.
20.05.2014 [13:31] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Azərbaycan Respublikası Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası üzv dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitəsinin (monitorinq komitəsi) həmməruzəçiləri Pedro Aqromunt və Cozef Debono Qrexin ilə görüş keçirildi. Görüşdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avropa Şurasının da Beynəlxalq Hüququn törəmə subyekti olduğunu və təkcə Azərbaycanın deyil, bu təsisatın da öhdəlikləri olduğunu və bu öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini xatırlatdı. Xususi olaraq, insan haqlarının bir dövlətin daxili işi olmadığı və milyondan artıq məcburi köçkünün daimi yaşayış yerini itirdiyindən yerli idarə etmədə -bələdiyyə seçkilərində iştirak edə bilməməsinin Azərbaycanın iradəsindən asılı olmadığını nəzərə çarpdıraraq, buna səbəb olan işğalçı Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq olunmasını tələb etdi.

MDHP mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed