Şrift:
İrəvanda idman-konsert kompleksi hərraca çıxarıldı
20.05.2014 [14:24] - Gündəm, Sosial
Karen Demirçyan adına kompleksin hərraca çıxarılmasına səbəb girova qoyulması olub

Region İrəvan idman-konsert kompleksi hərraca çıxarılıb.

Karen Demirçyana adına kompleksin hərraca çıxarılmasına səbəb girova qoyulması olub.

Məlumatlara əsasən 46335,7 kv ümumi əraziylə Sisernakaberd parkının ərazisində olan yeddimərtəbəli bina və əlavə tikililər (50 kv. m və 40 kv. m), fəvvarələr, nərdivanlar (2800 kv. m), hərraca qoyulub. Hərracın keçirilməsinin son müddəti 29 maya qədərdir.

Xatırladaq ki, 1983-ci ildə istifadəyə verilən İrəvan idman-konsert kompleksi il yarımdan sonra çıxan güclü yanğın səbəbi ilə bağlanıb. 1987-ci ilin sonunda yenidənqurma işləri aparıldıqdan sonra istifadəyə verilib. Kompleks erməni memarlar qrupu tərəfindən layihələşdirilib.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed