20.05.2014 [15:09] - Gündəm, Sosial, Bildiriş
Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Əli bəy Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən bir şəxsdir.
Sərəncamda irəli gələrək digər dövlət qurumları ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasına da ədibin yubileyinin keçirilməsi barədə tapşırıqlar verilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar kitablar nümayiş olunmuşdur.
“Yaradıcılığı”, “Haqqında olanlar” və s. bölmələri üzrə “Türklər kimdir, kimlərdən ibarətdir”, iki cilddən ibarət “Seçilmiş əsərlər”i, “Qərbin iki dastanında Türk”, “Siyasəti fürüsat”, “Qırmızı qaranlıqlar içində yaşıl işıq”, həmçinin ədibin nəşrində böyük əməyi olduğu “Fiyuzat” jurnalı, o cümlədən haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilmişdir.
Nümayiş olunan 150-yə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Türkiyə türkcəsində və Qərbi Avropa dillərində təqdim olunmuşdur. Sərgidə həmçinin fotoşəkillər videomateriallar da öz əksini tapmışdır.
Mərkəzi Elmi Kitabxananın
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |