13.12.2011 [10:53] - Türk dünyası-Turan
Bu gün İsrailin bombarduman elədiyi Qolan təpəliyində yaşayan türklərə yox, fələstinlilərə yas tutulur
Gürcüstanda Abxasların və Qaraqalpaqların bayraqları zorla dəyişdirilir, əhaliləri sürgün edilir
Bu gün dünyada 300 milyon türk yaşayır. Tacikistan, Monqolustan, Çin, Rusiya, İran, İraq, Suriya, Misir, Yunanıstan, Bolqarıstan, Kosova, Bosniya və Hersoqovina, Polşa və Finlandiyada birliklər şəraitində türk boyları yaşayır. Almaniya, Fransa, Belçika, Hollandiya, Böyük Britaniya kimi ölkələrdə isə türklər bu ölkələrə iqtisadi problemləri ucbatından gəliblər.
Maraqlıdır. Üçcə milyonluq ermənilər diasporalar qurub özlərini haqlı çıxarmaqda ikən, dünyada yeddi dövlətə və bir çox ölkədə ən böyük milli azlıqlara sahib olan türk ulusu bunu edə bilmir. Çində nə qədər türkün yaşadığı hələ də məlum deyil.
İranda yaşayan türklər öz milli mənsubiyyətinə yox, şiəliyinə önəm verir. Sibir, Ural, Altay bölgəsində yaşayan türklərin özlərindən başqa türklərdən xəbəri yoxdur. Tatarıstanın müstəqilliyi heç kimin vecinə deyil, Qarabağ münaqişəsinin həlliylə heç kim maraqlanmır, Gürcüstanda Abxasların və Qaraqalpaqların bayraqları zorla dəyişdirilir, əhaliləri sürgün edilir. Heç kim “Batumi də bizimdir!” deyə bilmir, Kərkük, Mosul, Süleymaniyyə türk eli sayılmır, Suriyada yaşayan türkmənlərin varlığından heç kimin xəbəri yoxdur. Bu gün İsrailin bombarduman elədiyi Qolan təpəliyində yaşayan türklərə yox, fələstinlilərə yas tutulur.
Kiprin harada yerləşdiyini kimsə bil irmi?!
Yunanıstanda, Bolqarıstanda yaşayan türklərə dəstək də ola bilmirik. Hər hansı bir maddi, mənəvi dəstək görsələr bu uluslar daha güclü olarlar?
Türkiyədən, Azərbaycandan və digər türk dövlətlərindən köç eləmiş ailələrimiz də var. Almaniya başda olmaqla bir çox ölkədə milyondan çox olan türk Avropa ölkələrinin iqtisadiyyatına böyük dəstək verir, ancaq türkə xidmət edən siyasi təşkilatlanma yarada bilmirlər.
İndi düşünün, 3 milyonluq Ermənistan, 10 milyonluq İsrail və 12 milyonluq Yunanıstan 70 milyonluq Türkiyəyə və 300 milyonluq türkə qarşı durub.
“Ey türk, titrə və özünə gəl!” deyən Bilgə Xaqan, “Mən və xalqım, Tanrının qamçısıyıq!” deyən Atilla, “Bizim qolumuzun çatdığı yerlərə sizin xəyallarınız da çatmaz” deyən Fateh Məhməd, “Yüksəl türk, sənin üçün ucalmağın hüdudu yoxdur!” deyən Mustafa Kamal Atatürk və adlarını bura sığışdıra bilmədiyim neçə türk lideri... Görəsən, onlar türkün bu halına nə deyərdilər?
Türkcə yaşamağınız diləyiylə, Salamat qalın!
Hasan Murad
Bu xəbər oxucular tərəfindən 1579 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |