22.05.2014 [10:04] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə sosial media daha bir məsələdə öz güclü təsirini göstərməkdədir. 10 avqust prezident seçkilərinə qısa zaman qalmış facebook üzərindən Demokratik Xalq Hərəkatı (DXH) yaradılması təşəbbüsü irəli sürülüb.
DXH-nin facebook səhifəsində hərəkatın məram və məqsədi ilə bağlı açıqlamada deyilir:
“Türkiyənin bütün şəhərlərində təşkilatlanmağa başlamışıq. Hansı partiyada təmsil olunmağınızdan, ya da simpatiya bəsləməyinizdən asılı olmayaraq hamınıza səslənirik. Məqsədimiz Türkiyənin indiki qara düzənindən qurtulub uca Atatürkün bizə ərməğan etdiyi Türkiyə Cümhuriyyətini onun düşüncəsindəki kimi şəkilləndirməkdir. Dağın təpəsindən yuvarlanan və getdikcə çoxalan qar kimiyik. Təşkilatımız bir siyasi partiya deyildir, olmayacaq da. Hədəfimiz aydın Türkiyəyə qovuşmaq, ölkəmizi Mustafa Kamal Atatürkün göstərdiyi yol ilə aparmaqdır”.
Sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunan hərəkatın üzvlərinin sayı durmadan artır.

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |