Şrift:
Mingəçevir, Yevlax və Qəbələdə uşaq zorakılığı ilə bağlı maarifləndirmə işləri aparılıb
22.05.2014 [13:26] - Gündəm, Gənclik
“Uşaq zorakılığına sən də “YOX” de!” layihəsi çərçivəsində regionlarda tədbirlər keçirildi


“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə regionlarda “Uşaq zorakılığına sən də “YOX” de!” adlı layihə həyata keçirib.
Birliyin, və eyni zamanda layihənin rəhbəri Nailə İsmayılova tədbirlərdə çıxış edərək, layihənin keçirilməsinin məqsədləri, layihədən sonra əldə olunacaq nailiyyətlər və gözlənilən nəticələr barədə məlumatlar verib : “Layihənin əsas məqsədi gündəlik həyatımızda uşaq zorakılığına qarşı mübarizə aparmaq üçün ictimai məlumatlandırma işinin aparılması, önləyici tədbirlərin həyata keçirilməsi və ölkəmizdə uşaq hüquqlarını müdafiə edən qanunların, konvensiyaların tətbiqi sahəsində qərar qəbul edən şəxslərə köməklik göstərməkdən ibarətdir.
Azərbaycan gənc dövlət olmasına baxmayaraq, hüquqi dövlət quruculuğu sahəsində çox böyük nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazır olduğunu bütün dünyaya bəyan edir. Bu baxımdan, dövlət ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.
Həyata keçirilən bu layihə uşaq zorakılığının aradan qaldırlması məqsədi ilə maarifləndirmə işini gücləndirmək, sosial videoçarxlar hazırlayaraq ictimaiyyətə təqdim etmək, zorakılığa məruz qalmış uşaqların qarşılaşdıqları sosial, psixoloji problemlərin həllinə dəstək olmağı nəzərdə tutur”.
Tədbirlərdə gənc yazar Qurbanəli Ömər, yerli icra hakimiyyəti nümayəndələri, şəhər və rayon Polis İdarələrinin əməkdaşları, KİV və QHT təmsilçiləri, MİS-lərdəki tərbiyyəçi-müəllimlər, eləcə də Milli QHT Forumunun Regional Təlim və Resurs Mərkəzlərinin əməkdaşları, və başqaları iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed