Şrift:
Urumçi şəhərində partlayış baş verib, onlarla ölən və yaralanan var
23.05.2014 [10:15] - Hadisə, Türk dünyası-Turan
Çinin Sincan Uyğur muxtar rayonunun inzibati mərkəzi Urumçi şəhərində partlayış olub.
Medianın yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 08:00 radələrində baş verib. Belə ki, iki avtomobil Jenmin parkı yaxınlığında bazara daxil olub. Bundan sonra naməlum şəxslər avtomobillərdən insanlara partlayıcı qurğular atmağa başlayıb, avtomobillərdən biri partlayıb.

Polisin məlumatına görə, hücum nəticəsində ən azı 31 nəfər ölüb, 90 nəfər yaralanıb. Partlayış baş verən əraziyə təcili yardım maşınları və polislər cəlb olunub.

Aprelin 30-da da Urumçi şəhərində dəmiryolu vağzalında törədilən partlayış nəticəsində 3 nəfər ölmüş, 79 nəfər xəsarət almışdı.

Qeyd edək ki, Urumçi Sincan Uyğur muxtar rayonunda əsasən müsəlman uyğur türkləri yaşayır.
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed