23.05.2014 [16:16] - Gündəm, Sosial
Azərbaycan Azərbaycanda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış evi istifadəyə veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. Yaşayış binasının cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Mənzillərin 66-sı birotaqlı, 44-ü ikiotaqlı, 22-i üçotaqlıdır. Burada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Gözdən əlillərin əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından istifadə olunur. Binanın aşağı mərtəbələrində gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılır, ətrafda abadlıq işləri aparılır.

Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |