Şrift:
Sabirabadda rüşvət qalmaqalı ilə bağlı Perinatal Mərkəzin direktoru barədə qərar verildi
24.05.2014 [10:58] - Gündəm, Hüquq
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunub.

Müzakirələr və aparılan araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyatı şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar qəbul edilib.

Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə qısa müddət ərzində Sabirabad Perinatal Mərkəzin direktoru V. Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunur.

Qeyd edək ki, bir neçə gün yayılan video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub.

O, xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəlirinin olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir.

"Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed