Şrift:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 3-cü illik qurultayı keçirildi
26.05.2014 [09:26] - Güney Azərbaycan xəbərləri, Diaspor
Almaniyanın Heidelberg şəhərində GAMAC-ın (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) 3-cü qurultayı keçirilib.
Mayın 24 və 25-də (xordadın 3 və 4-də) keçirilən qurultayda bir çox GAMAC üzvü iştirak edib, digər üzvlər isə Türkiyənin Eskişehir və Azərbaycan Respublikası paytaxtı Bakıdan Skype-Video vasitəsi ilə qurultaya qoşulublar. Qurultayda GAMAC-ın təşkilatı məsələləri ilə bağlı Güney Azərbaycan Milli Hərəkatının gündəmdəki məsələləri də geniş müzakirə olunub. GAMAC təmsilçiləri keçən ildəki fəaliyyətləri barədə məlumat verib və bu şəkildə ötən ildəki fəaliyyətlər gözdən keçirilib. Bununla yanaşı GAMAC-ın gələcək planları da ciddi müzakirə mövzusu olub.

Qurultayın birinci günü (mayın 24-ü = xordadın 3-ü) idarə heyətinin üzvləri konfrans iştirakçıları tərəfindən seçilib. Video vasitəsi ilə əlaqə quran qatılımcılar arasında ilk öncə idarə heyətinə namzədlərin adları müəyyənləşdirilib, sonra isə demokratik qaydalara uyğun səsvermə olub. GAMAC üzvləri səsvermə nəticəsində aşağıdakı üyələri idarə heyətinə seçiblər:

Prof. Qulamrza Səbri Təbrizi

Əhməd Obalı

Nəbi Soytürk

Yaşar Əsədi

Sadiq İsabəyli

Məhsa Mehdili

Xudayar Teymuri

Şərifə Cəfəri

Elnur Mərəndli

Fəramərz Qulizadə

Vəhid Mehdizadə

Qurultay iştirakçıları səsvermədən sonra prosesdən razı qaldıqlarını və səsvermənin demokratik qaydalara uyğun keçirildiyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi fəaliyyət müddətində Güney Azərbaycanla yanaşı müxtəlif ölkələrdə Azərbaycan Milli Hərəkatının əsas hədəfləri uğrunda ciddi adımlar atmağa nail olub. Keçən il Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfrans o cümlədəndir. Həmin konfrans İran xarici işlər nazirliyi, ölkə parlamenti və müxtəlif dövlət rəsmilərinin kəskin reaksiyasına səbəb oldu və GAMAC-ı İran kütləvi informasiya vasitələrinin hücumuna tuş gətirdi.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed