Şrift:
Güney Azərbaycanda Milli Qiyamın 8-ci ildönümü münasibətilə Vaşinqtonda aksiya keçirilib
26.05.2014 [10:16] - Güney Azərbaycan xəbərləri, Diaspor
Milli Qiyamın 8-ci ildönümündə ABŞ Dövlət Departamentinin qarşısında etiraz aksiyası keçirilib. Mayın 22-də toplaşan bir qrup güneyli fəal İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz ediblər.
Paytaxt Vaşinqtonda keçirillən aksiyanın məqsədi ABŞ rəsmilərinin və ictimiayyətin diqqətini İranın güney azərbaycanlılara qarşı ayrıseçkilik siyasətinə yönəltmək olub.

Aksiya iştirakçıları Azərbaycanlı siyasi fəalların həbslərinə, ana dilində təhsil olmamasına, Urmiyə gölünün qurumasına biganə yanaşılmasına etiraz ediblər.

Piketdə “İran sadəcə farslardan ibarət deyil- Fars hökmüranlığı irqçilikdir- Bütün siyasi fəallara azadlıq- Cənubi Azərbaycan İran deyil” kimi şüarlar səsləndirilib.

Bir daha xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İranın rəsmi qəzeti – “İran”da azərbaycanlıların təhqir edilməsinə etiraz əlaməti olaraq, soydaşlarımız tərəfindən həyata keçirilən kütləvi aksiyalar bütün Güney Azərbaycanı və İranın azərbaycanlılar yaşayan digər şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 22 may hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub. Onlara qarşı açılmış cinayət işlərinin bəziləri hələ də xətm olunmayıb.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed