Şrift:
Soma faciəsi səbəbindən 28 May-Respublika Günü münasibətilə planlaşdırılan Türkiyə tədbirləri ləğv edib
26.05.2014 [10:21] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Respublika Günü münasibətilə planlaşdırılan tədbirləri ləğv ediblər.
Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş vermiş faciə səbəbindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəlik və konsulluqları 28 May - Respublika Günü münasibətilə Ankara, İstanbul və Qars şəhərlərində planlaşdırılan rəsmi qəbul və şənlik tədbirlərini ləğv ediblər.

Qeyd olunan tədbirlərə ayrılmış vəsait Soma faciəsi nəticəsində həlak olmuş insanların yaxınlarına bağışlanacaq.

Xatırladaq ki, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 fəhlə isə yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed