Şrift:
Azərbaycanın 470 tələbə təhsil haqqından azad edilib
26.05.2014 [11:19] - Gündəm, Sosial
Azərbaycanın ali məktəblərində təhsil alan 470 tələbə təhsil haqqından azad edilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbul olunmuş qərara əsasən, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar. 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed